“Samsung”un əməliyyat mənfəəti 15 dəfə artıb | Banco.az

“Samsung”un əməliyyat mənfəəti 15 dəfə artıb

Müəllif: Ayşən İmanova/Banco.az

Cənubi Koreyanın “Samsung Electronics” korporasiyasının 2024-cü ilin ikinci rübündə əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 15 dəfə artıb.

Banco.az xəbər verir ki, bu barədə məlumat korporasiyanın saytında dərc olunub.

Məlumata görə, aprel-iyun ayları ərzində əməliyyat mənfəəti 10,4 trilyon von (təxminən 7,5 milyard dollar) təşkil edib. 2023-cü ilin ikinci rübündə bu rəqəm 668 milyard von (487 milyon dollar) olub. Cari əməliyyat mənfəəti 2022-ci ilin üçüncü rübündən bəri ən yüksəkdir. 

Ən sərfəli kredit üçün müraciət et

Şirkət nəticələri yaddaş çipləri bazarında əlverişli şəraitdə satış əməliyyatının orta qiymətinin artması ilə izah edib. OLED displeylərin satışı da müsbət təsir göstərib.

Cari ilin ikinci rübü üçün ümumi qazanc əvvəlki ilə nisbətən 23,4% artaraq 74 trilyon von təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et