COP 29 Azərbaycana hansı iqtisadi dividentlər qazandıracaq? | Banco.az

COP 29 Azərbaycana hansı iqtisadi dividentlər qazandıracaq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

 “COP29-un siyasi təsirləri ilə yanaşı iqtisadi tərəfləri də çoxdur. Əgər biz COP29 çərçivəsində işimizi düzgün qura bilsək bu tədbirin ölkəmiz üçün səmərəsi böyük olacaq”. 


Bu fikirləri Banco.az-a açıqlamasında iqtisadçı Elman Sadıqov deyib. İqtisadçı ölkəmizin ev sahibliyi edəcəyi tədbirin ekoloji savadlılığı artıracağı qənaətindədir:
 “Bu istiqamətdə turizm şirkətlərinin üzərinə də çox iş düşür. Onlar ölkəmizi kifayət qədər təbliğ etsələr, tədbir çərçivəsində iştirak edən xarici auditoriyanın diqqətini daha çox çəkə bilərlər. COP29 çərçivəsində dünyanın bir çox ölkələrindən Azərbaycana turistlər, qonaqlar gələcək. Onların içərisində jurnalistlər, influencerlər, blogerlər olacaq. Təbii ki, hər biri ölkəsində qayıdanda bu barədə danışacaqlar. Bu, növbəti illərdə turizmin daha da canlanmasına şərait yaradacaqdır”. 
Elman Sadıqov hesab edir ki, COP29  hər bir fərdin ekoloji düşünmə tərzinə təsir etməklə bərabər   yanaşmanı da dəyişə bilər:

Ən sərfəli kredit üçün müraciət et

"Hər bir vətəndaşın içməli sudan başlamış,  təbiətin, ağacın nə qədər əhəmiyyətli olduğunu dərk etməlidir. Hazırda səhralaşma problemi ilə üz-üzəyik. Əkinə yararlı torpaqlardan, yağış suyundan daha səmərəli istifadə etmək üçün alternativ həllər üzərində işləmək mümkündür. Məsələ hazırda yağışın yağmaması yox, suyun bərabər paylanmamasıdır.

Bölgəmizin bəzi yerlərində yağış daha çox, bəzi yerlərində daha az yağır. Elə bölgələrimiz var, ümumiyyətlə bəzi aylarda yağış yağmır. Bunun üçün  yağış suyunun toplandığı anbarlara ehtiyac var. Düşünürəm ki, dünya iqtisadi ekoloji systemin bərpası üçün yeni bəyannamələrə, yeni yanaşmaların  tətbiqinə ehtiyac var”.

Elman Sadıqov inkişaf etmiş ölkələrin ekologiyaya vurduğu zərər barədə xatırlatma edərək vurğuladı ki,  1950-ci illərdə daş kömür istehsalının azaldılacağı qərarı verilsə də,  2023-cü ildə  bu rəqəm səkkiz milyard tonu keçərək, rekord vurdu:

“Daş kömürün  ən böyük istehsalçılarından biri Çindir. Rusiya da daş kömür istehsalında ön sırada dayanan ölkələrdəndir.
Dünyada təkcə Amerika və Çin ekoloji çirkləndirmədə 40 faiz dən çox rol oynayırlar. Bu qədər çirklənmə kompensasiya etmək məsələsini ortaya qoyub”.

Ən sərfəli krediti almaq üçün müraciət et