Müəllif: Tamara Mustafayeva, Banco.az
İyulda ABŞ-da fabrik sifarişləri bir aya nisbətən 1,3 faiz azalıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi iyul ayına dair fabrik sifarişləri ilə bağlı məlumatları açıqlayıb.
Məlumatlara görə, ABŞ-da fabrik sifarişləri iyul ayında əvvəlki ayla müqayisədə 1,3 faiz azalıb. İyun ayında isə son 5 ilin ən kəskin aylıq azalma göstəricisi qeydə alınmışdı.
Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların orta proqnozu da sifarişlərin aylıq əsasda 1,3 faiz azalacağı istiqamətində idi.
İyul ayında daşınma (nəqliyyat) istisna olmaqla yeni sifarişlər, iyunda qeydə alınan 0,4 faizlik artımdan sonra, 0,6 faiz artıb.
Dayanıqlı mallara dair sifarişlər iyunda qeydə alınan 9,4 faizlik azalmadan sonra, iyul ayında 2,8 faiz geriləyib. İstehlak mallarının göndərişi isə iyul ayında 0,1 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!