Qubada otellərin qiymətləri – Siyahı | Banco.az

Qubada otellərin qiymətləri – Siyahı

Araşdırma: Gülnar Ahmadli, Banco.az

Turistik məkanları olan Quba yayda insanların istirahət üçün ən çox üz tutduqları rayonlardandır. Bu səbəblə bura səyahət etməyi düşünənlər üçün Qubada yerləşən otellərdəki qiymətləri öyrənmişik. Daha əvvəlki Qəbələ və Lənkəranda yerləşən otellərdəki qiymətlərlə bağlı araşdırmamızı linkə keçid edərək oxuya bilərsiniz: Qəbələ, Lənkəran

Qubada yerləşən otellərdən (Uğur Ailəvi İstirahət Mərkəzi, Quba Gold Hotel, Randevue Restaurant & Hotel, Quba Cənnət Bağı, Quba Maajid Otel, Alma Bağı Hotel & Villas, Mastdargah, Quba Vadi Chalet Hotel, Quba Palace Hotel) ən ucuz qiyməti "Uğur Ailəvi İstirahət Mərkəzi" (50 manat) təklif edir. 

Qubadakı ən bahalı otelin qiyməti isə 415 manatdır. Belə ki, 5 ulduzlu "Quba Palace Hotel"də 2 nəfərlik standart otaqda 1 gecənin qiyməti 415 manatdır. Bu qiymətə SPA, açıq-qapalı hovuz, fitness zalı, türk hamamı və s. kimi xidmətlər də daxildir. Bütün otellərin qiymətlərinə səhər yeməyi daxildir. 

Qeyd edək ki, otellərdəki qiymətlər doluluqdan asılılı olaraq dəyişə bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et