Banklar kredit faizlərindən 1.5 milyard manat gəlir əldə ediblər | Banco.az

Banklar kredit faizlərindən 1.5 milyard manat gəlir əldə ediblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları bu ilin yanvar-iyun aylarında müştərilərə verilmiş kreditlərdən 1 milyard 508 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 274 milyon manat və ya 22,2% çoxdur.

Banklar 2023-cü ilin birinci yarısında (yanvar-iyun) 1 milyard 234 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

Ötən 6 ayda bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 294 milyon manat (17.6%) artaraq 1 milyard 962 milyon manata yüksəlib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et