Müəllif:Mehin Qasımova,Banco.az
Böyük Britaniyanın nüfuzlu "Driver Power" tədqiqat mərkəzi real avtomobil sahiblərinin təcrübəsinə və istifadə göstəricilərinə əsaslanan 2026-cı il üçün etibarlılıq və məmnunluq hesabatını təqdim edib.
Mindən çox sürücü arasında aparılan hərtərəfli sorğunun nəticələrinə görə, alman nəqliyyat nəhəngi Mercedes-Benz 92,42% məmnunluq göstəricisi ilə siyahının birinci pilləsində qərarlaşıb. Reytinqin ən sonuncu yerini isə 81,68% nəticə ilə Jeep tutub.
Sürücülərin ən çox etibar etdiyi brendlər
Mercedes: 92.42%
Volvo: 91.43%
Mazda: 91.26%
Honda: 90.31%
Toyota: 90.00%
Suzuki: 89.74%
Tesla: 89.40%
Skoda: 88.94%
Vauxhall: 88.76%
Peugeot: 88.63%
Reytinqdə geridə qalan və aşağı pillələrdə qərarlaşan markalar:
SEAT: 86.27%
Fiat: 86.44%
Ford: 86.70%
Citroën: 85.71%
BYD: 85.14%
Land Rover: 84.39%
Dacia: 84.14%
Cupra: 84.00%
MG: 83.94%
Jeep: 81.68%
Tədqiqat göstərir ki, yapon brendləri (Mazda, Honda, Toyota, Suzuki) sabit etibarlılığını qoruyub saxlasa da, premium seqmentdə təhlükəsizlik və komfort göstəriciləri ilə fərqlənən Avropa brendləri bu il ön sıradakı yerlərini daha da möhkəmləndiriblər.
