Müəllif:Mehin Qasımova,Banco.az
Amerikanın çip istehsalçısı "Nvidia" süni intellekt startapı Hugging Face-ı 12,93 milyard dollara almaq barədə razılığa gəlib.
Banco.az xəbər verir ki, bu, dünyanın ən dəyərli şirkəti olan Nvidia-nın tarixində ən böyük sövdələşmələrdən biridir.
"Hugging Face" genişmiqyaslı dil modellərini (LLM) və açıq mənbəli məlumat dəstlərini yerləşdirən bir platformaya sahibdir.
2023-cü ildə "Salesforce Inc.", "Google" və "Nvidia" tərəfindən aparılan maliyyələşdirmə mərhələsində şirkətin dəyəri 4,5 milyard dollar təşkil etmişdir.
Şirkətin illik gəliri təxminən 150 milyon dollardır.
