"IBM"in gəlirləri və xalis mənfəəti artım göstərib | Banco.az

"IBM"in gəlirləri və xalis mənfəəti artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"IBM"in gəlirləri ilin ikinci rübündə 2 faiz artaraq 15,8 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi "IBM" ilin ikinci rübü üzrə balans hesabatını dərc edib.

Hesabata görə, şirkətin cari ilin ikinci rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 15,8 milyard dollara çatıb. "IBM" ötən ilin eyni dövründə 15,5 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti isə ilin ikinci rübündə ötən ilin eyni dövrünə nəzərən 16 faiz artaraq 1,8 milyard dollara çatıb. "IBM"in xalis mənfəəti ötən ilin ikinci rübündə 1,6 milyard dollar təşkil edirdi.

Şirkətin ötən ilin ikinci rübündə 1,72 dollar olan səhm üzrə mənfəəti də bu ilin eyni dövründə 1,96 dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "IBM"in maliyyə nəticələri sözügedən dövr üzrə bazar proqnozlarını üstələyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et