Hansı məhsul və xidmətin qiyməti hansı qurum tərəfindən tənzimlənir? | Banco.az

Hansı məhsul və xidmətin qiyməti hansı qurum tərəfindən tənzimlənir?

Azərbaycanda dövlətin qiymət tənzimlənməsi siyasəti vətəndaşların maliyyə sabitliyini təmin etmək və sosial rifahı artırmaq məqsədi daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlər, ölkədə bir sıra məhsul və xidmətlərin qiymətinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Həm istehsalçının, həm də istehlakçının maraqlarını balanslaşdırmağa yönələn qiymət tənzimlənməsi siyasəti bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da dövlətin nəzarəti ilə həyata keçirilir və müvafiq qurumlar tərəfindən idarə olunur. Lakin, ölkədə bu sahədə fəaliyyət göstərən qurumların iş mexanizmi, tənzimlənən məhsul və xidmətlər barədə yetərli məlumatın olmaması vətəndaşlarda müəyyən çaşqınlıq yaradır. Bu da göstərir ki, ölkədə dövlət tərəfindən qiymət tənzimlənməsi ilə bağlı məlumatlılığın artırılmasına ehtiyac var.

Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi cəmiyyət üçün strateji məqsəd daşıyır və dövlətin qiymət siyasətini formalaşdırır. Dünyanın bir sıra ölkələrində bəzi məhsul və xidmətlərin qiymətinin tənzimlənməsi məqsədilə müvafiq qurumlar fəaliyyət göstərir. Azərbaycanda da 50-dən çox mal və xidmətin qiyməti dövlət tərəfindən tənzimlənir. Onlara qiymət qoyulanda istehsalçının həmin məhsul və xidmətə çəkdiyi xərclər, həm də mənfəət amili nəzərə alınır. Bu məsələdə dövlət iqtisadi siyasət həyata keçirməklə yanaşı, həm istehlakçının, həm də istehsalçının maraqlarını nəzərə alır. Bununla da həmin məhsul və xidmətlərə görə istehsalçılarla istehlakçılar arasında münasibətlər tənzimlənmiş olur.

Hazırda Azərbaycanda müxtəlif sahələrdə dövlət tərəfindən qiymət tənzimlənməsini 3 qurum yerinə yetirir:

  • Nazirlər Kabineti
  • Tarif (qiymət) Şurası
  • Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Nazirlər Kabineti tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər, avtomobil parklanmasına görə ödəniş, icbari tibbi sığorta tarifləri, baytarlıq və fitosanitar xidmətlər, dövlət mənzil fondundan istifadə haqqı və digər məsələlərlə bağlı tənzimləmə aparır.

Tarif (qiymət) Şurası “Aİ-92” benzini, dizel, elektrik enerjisi, təbii qaz, su və istilik təchizatı, tələbə qəbulu və dövlət qulluğu üzrə imtahanlar kimi məsələlərlə bağlı qiymətləri tənzimləyir, dövlət qeydiyyatına alınmış dərmanların yalnız qiymətinin yuxarı həddini müəyyən edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi metroda, avtobusda gediş qiymətlərini, telefon rabitəsi, dəmir yolu və dənizlə tranzit yükdaşımalar, hava nəqliyyatı ilə ölkə ərazisində yük, sərnişin daşıma və s. xidmətlərin qiymətini tənzimləyir.

“Aİ-95”, maye qaz, sıxılmış qaz (CNG), koks, istilik enerjisi və istilik təchizatı üzrə qeyri-əhali qrupu üzrə qiymətlər isə sərbəst şəkildə, tələb-təklif əsasında tənzimlənir.

Ölkə Prezidentinin Fərmanına əsasən, 2023-cü ilin sentyabrın 2-dэn nəqliyyat və rabitə sahəsi ilə bağlı qiymət tənzimləmələri Tarif Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ötürülüb.

Mütərəqqi beynəlxalq təcrübə və dövlətin sosial-iqtisadi siyasəti nəzərə alınaraq, tənzimlənən qiymətlərin tətbiq edildiyi sahələrdə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Yuxarıda qeyd olunan üç qurumun tənzimlədiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumat aşağıdakı cədvəldə verilib:

Qiymətləri tənzimlənən mal və xidmətlərin siyahısı

Tənzimləyici qurum

1.

Dövlət mənzil fondundan istifadə ilə (kirayə, saxlanılma və s.) əlaqədar haqlar

Nazirlər Kabineti

2.

Dövlət mənzil fonduna aid yaşayış evlərində liftdən istifadə və məhəllədaxili fərdi qarajdan və qeyri-yaşayış sahələrindən istifadə haqqı

Nazirlər Kabineti

3.

Su və meşə heyvanlarının ovlanması icazəsi

Nazirlər Kabineti

4.

Ödənişli əsaslarla kadr hazırlığı

Nazirlər Kabineti

5.

Bankların və digər kredit təşkilatlarının DGK-nın reyestrinə salınması

Nazirlər Kabineti

6.

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Azərbaycanın Əqli Mülkiyyət Agentliyinə ödədiyi illik haqq

Nazirlər Kabineti

7.

Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqq

Nazirlər Kabineti

8.

Nəzarət markasının alınmasına görə haqq

Nazirlər Kabineti

9.

Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanın hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqq

Nazirlər Kabineti

10.

Dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası

Nazirlər Kabineti

11.

Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizası

Nazirlər Kabineti

12.

Fitosanitar tədbirləri və xidmətləri

Nazirlər Kabineti

13.

Baytarlıq xidməti və nəzarəti tədbirləri

Nazirlər Kabineti

14.

Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər

Nazirlər Kabineti

15.

Nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş

Nazirlər Kabineti

16.

İcbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin tarifləri

Nazirlər Kabineti

17.

Dövlət yollarının salınması və saxlanılması xidmətləri

Nazirlər Kabineti

18.

Dövlətə məxsus laboratoriya xidmətləri (xidmətlər Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılır)

Nazirlər Kabineti

19.

Təbii sərvətlər (hidrometeorologiya və meşə təsərrüfatı sahələrindən başqa) sahəsində əsas xidmətlər (geoloji və ekoloji ekspertizanın aparılması, sənədlərin və informasiyaların verilməsi)

Nazirlər Kabineti

20.

Meşə təsərrüfatı sahəsində əsas xidmətlər (meşə sahələrinin icarə qiyməti, əsas meşə və kol cinslərinin köküstü buraxılış nırxları)

Nazirlər Kabineti

21.

Hidrometeorologiya xidmətləri

Nazirlər Kabineti

22.

Elektrik enerjisi

Tarif (qiymət) Şurası

23.

Su təchizatı və tullantı suların axıdılması

Tarif (qiymət) Şurası

24.

Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı

Tarif (qiymət) Şurası

25.

İstilik enerjisi və istilik təchizatı

 
 

Əhali “Azəristiliktəchizat” ASC tərəfindən həyata keçirilən

Tarif (qiymət) Şurası

26.

Meliorasiya və su təsərrüfatı sahəsində əsas xidmətlər

Tarif (qiymət) Şurası

27.

Məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi

Tarif (qiymət) Şurası

28.

Tikinti obyektlərinin elektrik, qaz və su xətlərinə qoşulma xidmətləri

Tarif (qiymət) Şurası

29.

Xam neft, “Aİ-92” markalı benzin, dizel yanacağı və bitum

Tarif (qiymət) Şurası

30.

Mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi

Tarif (qiymət) Şurası

31.

Dövlət qulluğu üzrə test imtahanlarında və müsahibədə iştirak etmək

Tarif (qiymət) Şurası

32.

Xüsusi rabitə xidmətləri

Tarif (qiymət) Şurası

33.

DYPİ-nin təxliyə, duracaq və müşayiət xidmətləri

Tarif (qiymət) Şurası

34.

Ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği

Tarif (qiymət) Şurası

35.

Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı xidmətlər

Tarif (qiymət) Şurası

36.

Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə ödəmə dərəcələri

Tarif (qiymət) Şurası

37.

Dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələri

Tarif (qiymət) Şurası

38.

Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza

Tarif (qiymət) Şurası

39.

Tibbi müayinə kartı

Tarif (qiymət) Şurası

40.

Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti xidmətləri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

41.

Metro nəqliyyatında sərnişin daşıma fəaliyyəti

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

42.

Şəhərdaxili ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

43.

Şəhərlərarası ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

44.

Radiotezliklərdən istifadə, yüksəktezlikli qurğuların istismarı və nəzarəti

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

45.

Qəbuledici - verici radio və televiziya stansiyalarının xidmətləri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

46.

Ümumi istifadədə olan elektrik, poçt və teleqraf rabitəsi xidmətləri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

47.

Beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi və s. xidmətləri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

48.

Su limanı sahəsində xidmətlər (liman qurğularının istismarı və yükaşırma)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

49.

Xəzər dənizində dövlətə məxsus gəmi ilə respublika ərazisində yük və sərnişindaşıma*

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

50.

Dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər, həmçinin bu xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətləri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

51.

Aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri

 

report

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et