Azər Türk Bank
Korporativ Bankçılıq Departamentinin Korporativ satış şöbəsində mütəxəssis
Vakansiya haqqında məlumat:
Təsvir
- Müştərilərlə əlaqə kanallarının qurulması işində iştirak etmək (soyuq zənglər, korporativ görüşlər, işgüzar tədbirlərdə iştirak və.s);
- Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketləri hazırlamaq və ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək;
- Portfelində olan korporativ müştərilərlə daim ünsiyyətdə olmaq, onların tələbatlarını öyrənmək, onların sorğu, şikayət və təkliflərini aidiyyatı üzrə müvafiq struktur bölmələrinə yönləndirmək;
- Korporativ müştərilərə xidmət prosesində meydana çıxan məsələlərin həlli üzrə işləri koordinasiya etmək.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dili səlis olmalı (rus və ingilis dili bilikləri üstünlükdür);
- Satış sahəsində minimum 2 il, banklarda satış və ya telemarketinq sahəsində min 1 il iş təcrübəsi olmalı;
- MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti olmalı;
- Analitik düşüncə qabiliyyəti, kreativ və təşəbbüskar olmalı;
- Komandada işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı olmalı.
Müraciət etmək üçün daxil olun: