Pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsinin (PL/TMM) mütəxəssisi | Banco.az
Bank Respublika

Pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsinin (PL/TMM) mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Müştəri profilinin yaradılması zamanı Öz Müştərini Tanı (KYC) prosedurlarının düzgün tətbiq olunmasına nəzarət edilməsi;
  • PL/TMM proqram təminatında müştəri profilinin sanksiya siyahıları ilə uyğunluq dərəcəsinin araşdırılması, eyniləşdirmə/verifikasiya tədbirlərinin tətbiq edilməsi;
  • PL/TMM proqram təminatında müştərilərin ölkədaxili və transsərhəd ödənişlərinin gündəlik əsasda yerli və beynəlxalq sanksiya siyahıları ilə uyğunluğunun araşdırılması, ödənişlərin icrasına dair rəylərin verilməsi;
  • Maliyyə Monitorinq Xidmətinə gündəlik əsasda hesabatların hazırlanması;
  • PL/TMM şöbəsinin fəaliyyəti ilə əlaqəli filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
  • Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların, müraciətlərin bankdaxili PL/TMM haqqında qaydalarla uyğunluğunun araşdırılması və cavablandırılması.

Tələblər

·        Ali təhsil (Maliyyə, iqtisadiyyat üzrə təhsil);

·        Bank sahəsində ən azı 1-2 illik iş təcrübəsi;

·        Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;

·        Kompüter bilikləri: Microsoft Office Excel - yaxşı səviyyədə;

·        Bank fəaliyyətini tənzimləyən normativ qaydaların tələbləri üzrə biliklər;

·        Araşdırma və təhlil üçün tələb olunan məlumatı toplama bacarığı;

·        Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;

·        Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

·        Məsuliyyətlilik və təşəbbüskarlıq.

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et