Hüquq departamentinin direktoru | Banco.az
Bank Respublika

Hüquq departamentinin direktoru

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Bankın hüquqi risklərini idarə etmək və nəzarət etmək;
  •  Bankın hüquqi və fiziki şəxslərlə bağlayacağı müqavilələrin, həmçinin beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, rəy vermək, yeni müqavilələr tərtib etmək;
  •  Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
  •  Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
  •  Bankı dövlət orqanlarında və məhkəmələrdə təmsil etmək;
  •   Bankdaxili korporativ aktlara (əmr, protokol, qayda, təlimatlar) dair hüquqi rəy vermək, onların hüquqi ekspertizasını həyata keçirmək;
  • Bankın təsis sənədlərində baş verən dəyişikliklərlə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə hüquqi dəstək göstərmək;
  • Qiymətli kağızların yerləşdirilməsini nəzərdə tutan müvafiq sənədlərin hazırlanmasında iştirak etmək, lazımi hüquqi yardımı göstərmək;
  • Tələb olunduqda Bankın PL/TMM şöbəsinin (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsinin) funksiyalarının icrasına köməklik göstərmək;
  •  Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünü həyata keçirmək və nəzarət etmək;
  • Qanunvericilik sahəsində Bankın fəaliyyətinə aid olan bütün yeniliklər barədə müvafiq şöbə, strukturları məlumatlandırmaq, tələb olunduqda, həmin normaların tətbiqi ilə bağlı təlim keçmək;
  • Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

Tələblər

  • Ali hüquqi təhsil;
  • Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Mülki, həmçinin bank qanunvericilyi sahəsində biliklərə sahib olmaq;
  • Azərbaycan və İngilis dillərində səlis nitq və yazışma aparma qabiliyyəti;
  • Professional etika və müsbət şəxsi keyfiyyətlər;
  • Kollektivdə işləmək bacarığı;
  • Məsuliyyətlilik;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Sərbəst işləmək bacarığı.

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et