Müəllif:Ayşən İmanova/Banco.az
“Toyota”, “Mazda” və “Subaru” avtomobil istehsalçıları Yaponiyada keçirilən konfransda yeni daxili yanma mühərriki üzərində çalışdıqlarını açıqlayıblar.
Banco.az xəbər verir ki, hər biri fərqli təcrübəyə malik olan bu şirkətlər birlikdə çalışaraq həm mühərrik inkişaf proseslərini sürətləndirməyi, həm də xərcləri azaltmağı hədəfləyirlər. Digər tərəfdən, bu üç şirkət tək bir model üzərində işləməyəcək, hər biri öz “imza mühərrikini” inkişaf etdirməyə çalışacaq.
Hər üç şirkət hazırladıqları mühərriklərin nümunəsini sərgiləyib. "Mazda" elektrik mühərrikləri üçün tək və ya iki oxlu fırlanan güc bloklarını təqdim edib. Bu mühərriklərin təkərlərlə mexaniki əlaqəsi olmayacaq. "Mazda" bildirib ki, bu mühərriklər gələcək nəsil avtomobillərdə də istifadə olunacaq. "Toyota" inkişaf mərhələsində olan 2 litrlik və 1,5 litrlik mühərriklərini təqdim edərkən, "Subaru" da yeni nəsil hibrid sistemini nümayiş etdirib.
Qeyd edək ki, şirkətlərdən verilən açıqlamada, əməkdaşlığa baxmayaraq, aralarındakı rəqabətin davam etdiyi bildirilib. Bütün bunlara baxmayaq, hər üç şirkət daha kiçik mühərriklərə sahib olacaq. Beləliklə, daha təkmil aerodinamikaya malik dizaynlar da mümkün olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!