ABŞ-da vakant iş yerlərinin sayı proqnozlara uyğun gəlməyib | Banco.az

ABŞ-da vakant iş yerlərinin sayı proqnozlara uyğun gəlməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yanvarda ABŞ-da JOLTS vakant iş yerlərinin sayı azalaraq 8 milyon 863 minə düşüb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi yanvar ayı üzrə JOLTS vakansiya məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə vakant iş yerlərinin sayı yanvar ayı ərzində əvvəlki aya nəzərən 26 min azalaraq 8 milyon 863 minə geriləyib.

Son üç ayda ən aşağı səviyyənin reallaşdığı vakant boş iş yerlərinin bu dövrdə 8 milyon 800 min olacağı gözlənilirdi.

Xatırladaq ki, ötən ilin dekabr ayında vakant iş yerlərinin sayı 8 milyon 889 min idi.

Bu dövrdə uzunmüddətli istehlak mallarının istehsalı sektorunda vakant iş yerlərinin sayı artdığı halda, özəl təhsil xidmətlərində azalma qeydə alınıb. İşə qəbul edilənlərin sayı da eyni dövrdə 100 min azalaraq 5 milyon 687 minə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et