Dünya bazarlarında düyünün qiyməti bahalaşdı | Banco.az

Dünya bazarlarında düyünün qiyməti bahalaşdı

Müəllif:Mehin Qasımova/Banco.az

2024-cü ilin əvvəlindən İndoneziyada düyü qiymətləri 2023 -cü illə müqayisədə 16 faizdən çox artıb. 

Banco.az xəbər verir ki, Reuters agentliyi məhsulun kəskin bahalaşması barədə məlumat yayıb .

Qlobal iqlim problemləri düyü qıtlığına səbəb olub - əkinlərin gecikməsi və yağışın olmaması səbəbindən məhsul yığımı bir ay gecikib. Taxıl çatışmazlığı yanvarda 1,63 milyon ton, fevralda isə 1,15 milyon ton olub. Qiymətlərin artması ilə əlaqədar əhalinin ən sıx məskunlaşdığı ölkələrdən birinin hökuməti qiymətlərə subsidiya verməli və satışı adambaşına 10 kiloqramla məhdudlaşdırmalı olub. Səlahiyyətlilər daha əvvəl təsdiqlənmiş 2 milyon ton düyü üzərinə 1,6 milyon ton əlavə idxal kvotası da təmin edib.

İnsayderlərin fikrincə, Hindistan hakimiyyətinin qaynadılmış düyüyə ixrac rüsumunu uzatmaq qərarına görə dünya düyü qiymətləri artmağa davam edə bilər. Bu qadağa martın 31-də başa çatır, lakin hakimiyyət bu yolla ölkədə ərzaq inflyasiyası ilə mübarizəni davam etdirməyə hazırdır.

Qeyd edək ki, Hindistan 2023-cü ilin iyulunda əsas düyü sortlarının satışını məhdudlaşdırmağa başlayıb. Daha sonra hökumət basmati çeşidi istisna olmaqla, ağ düyü ixracına qadağa qoyub. Artıq avqust ayında, tədarükün azalması ilə bağlı artan narahatlıqlar fonunda Asiyada düyü qiymətləri son 15 ilin ən yüksək səviyyəsinə yüksəlib. Beləliklə, Tailand ağ düyü bir ton üçün 648 dollara yüksəlib ki,  bu da , 2008-ci ilin oktyabrından bəri rekord səviyyədir.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, iyulun sonunda Asiya-Sakit Okean regionunda taxıl birjalarının qiymətləri son üç ilin ən yüksək səviyyəsinə yüksəlib. Hindistan hakimiyyətinin ölkədən uzun taxıllı basmati sortundan başqa bütün növ düyü ixracına qadağa qoyması fonunda Tayland ağ düyününün qiyməti bir ton üçün 572 dollara qalxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et