Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Rusiyada martın 1-dən 6 ay müddətinə benzin ixracına müvəqqəti qadağa qüvvəyə minir.
Banco.az bunun səbəbləri barədə xarici KİV-ə istinadla yazır ki, bu qadağa Aİİ ölkələri, Monqolustan, Özbəkistan, Abxaziya və Cənubi Osetiyaya artıq razılaşdırılmış tədarük həcmlərinə şamil edilmir. Analitiklərin fikrincə, bu qərar sırf mövsümi amillərlə bağlıdır.
“Birincisi, yaz-yay dövründə benzinə tələbatın yüksək olması, ikincisi, neftayırma zavodlarında planlaşdırılan təmir işləri qiymətlərə təsir edir. Qadağa məcburi olsa da, lakin onun da ciddi yan təsirləri var. Baş nazirin müavini Aleksandr Novak fevralın 21-də Mişustinə ünvanladığı məktubda bildirib ki, neft məhsullarına tələsik tələbatı bərabərləşdirmək üçün daxili bazarda qiymətlərin sabitləşməsinə kömək edəcək tədbirlər görmək lazımdır. O, təşəbbüsünü birja qiymətlərinin monitorinqindən əldə edilən məlumatlar ilə əsaslandırıb”.
2024-cü ilin əvvəlindən Aİ-92 və Aİ-95 markalı benzinin, eləcə də yay dizel yanacağının qiyməti 8-23% artıb. Bununla yanaşı, yanacaqdoldurma məntəqələrində Aİ-92 və Aİ-95 markalı benzinin qiyməti müvafiq olaraq 2 və 1 qəpik ucuzlaşıb, yay dizelinin qiyməti 7 qəpik, qış dizelinin qiyməti isə eyni səviyyədə qalıb.
Azərbaycan Rusiyadan Rusiyadan ancaq Aİ-95 və Aİ-98 markalı benzin alır, benzinin bir hissəsini Ruminiyadan, Rusiyadan digər hissəsini isə başqa Avropa ölkələrindən almağa çalışır.
Ekspertlər hesab edir ki, Aİ-95 premium markalı benzinin qiymətində artım ola bilər. Çünki bu qiymət birbaşa SOCAR tərəfindən müəyyənləşdirilir.
İqtisadçı Natiq Cəfərli Banco.az-a bildirib ki, Aİ-95 SOCAR-ın törəmə şirkəti tərəfindən gətirildiyi üçün hələki onun qiymətinin artması ilə bağlı ehtimal zəifdir:
“Hesab edirəm ki, Azərbaycanda yanacaq qiymətlərinin qalxması yalnış olardı. Azərbaycanda hələ də yüksək inflyasiya müşahidə edilir. Ümumiyyətlə, yanacaq qiymətlərinin qalxması inflyasiyanı daha da tətikləyə bilər”.