Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin iyun ayından bəri ilk dəfə əsas kredit faizlərini aşağı salaraq daşınmaz əmlakın maliyyələşdirilməsini artırıb.
Banco.az xəbər verir ki, Çin Xalq Bankı (mərkəzi bank) iyun ayından bəri ilk dəfə beş illik faiz dərəcəsini azaldıb, bir illik ödəmə müddətini isə dəyişməz saxlayıb.
Beş illik kredit faiz dərəcəsi (LPR) 25 baza bəndi azaldılaraq 4,20 faizdən 3,95 faizə endirilib. Çində əksər ev təsərrüfatları və korporativ kreditlər üçün müəyyən edilən bir illik kredit faizi 3,45 faiz səviyyəsində sabit saxlanılıb.
Qeyd edək ki, beş illik LPR-də 25 baza bəndi azalma Çinin 2019-cu ildə kredit mexanizmini yeniləməsindən bəri LPR-də ən böyük azalma olub.
Bizi sosial şəbəkələrdən izləyin!!