İnsan Resursları Departamentində İR Biznes Tərəfdaş (HR Business Partner) | Banco.az
Bank Respublika

İnsan Resursları Departamentində İR Biznes Tərəfdaş (HR Business Partner)

Vakansiya haqqında məlumat: 

·       Bankın strategiyası və əməliyyat planına uyğun olaraq İşəqəbul Planının formalaşdırılması və idarə edilməsi;

·       İşəqəbul siyasəti və prosedurların nəzərdən keçirilməsi və yenilənməsi;

·       Vakant vəzifələrə yüksək potensiallı namizədlərin cəlb edilməsi və işə qəbulunun təmin edilməsi;

·       İşəqəbul prosesi çərçivəsində namizədlərin ilkin seçimi, testləşməsi və müsahibələrin təşkili;

·       İşəqəbul sahəsi ilə bağlı həftəlik və aylıq hesabatların hazırlanması və təqdim olunması;

·       Təcrübə proqramlarının təşkili və idarə edilməsi;

·       Əməkdaşların bankdaxili sahələr üzrə yerdəyişmələrinin idarə edilməsi;

·       Yeni əməkdaşlar üçün adaptasiya proqramının (Onboarding) təşkili və həyata keçirilməsi;

·       Yeni əməkdaşların sınaq müddətinin idarə edilməsi;

·       Bankı potensial namizədlərə tanıtmaq məqsədilə əmək yarmarkarları və digər tədbirlərdə iştirak;

·       İşəqəbul sahəsi ilə bağlı sorğuların cavablandırılması;

·       Rəhbərlik tərəfindən sahə üzrə verilən digər tapşırıqların icrası. 

 

Tələblər

·       Ali təhsil (İnsan resursları, idarəetmə, psixologiya sahələri üzrə arzuolunandır);

·    İnsan resurslarının İT sahəsinin işəqəbul istiqaməti üzrə minimum 3 il iş təcrübəsi mütləqdir;

·       Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə mütləqdir;

·       İşəqəbul prosesi və prosedurları üzrə yüksək səviyyədə biliklər;

·       Səriştə əsaslı müsahibə haqqında biliklər;

·       Danışıqlar aparmaq bacarığı;

·       Çoxfunksiyalılıq, problem həlletmə və qərar vermə bacarığı;

·       İnandırmaq və təsir etmək bacarığı;

·       Təhlil etmək, yazılı məlumat və hesabat vermək bacarıqları.

 

Müraciət üçün daxil  olun