Moskva birjası fəaliyyətini yenidən dayandırıb | Banco.az

Moskva birjası fəaliyyətini yenidən dayandırıb

Müəllif:Mehin Qasımova/Banco.az

Moskva birjası ardıcıl ikinci gün birjada ticarəti dayandırıb.

Banco.az xəbər verir ki, saytın nümayəndələri işdəki fasilənin səbəbini açıqlamayıblar. 

Törəmə alətlər bazarı, valyuta bazarı və qiymətli metallar bazarında ticarət, o cümlədən depozit və kredit əməliyyatları adi qaydada həyata keçirilir.

Dünən də Moskva birjasında ticarət müvəqqəti dayandırılıb. Lakin sonradan ticarət bərpa edilib. Səbəb əsas serverdə aparat xətası olub. Birja yaranan narahatlığa görə üzr istəyib və ehtiyat serverə keçidin bir saatdan çox vaxt aparacağını qeyd edib.

Qeyd edək ki, Moskva birjasında sonuncu böyük fasilə ötən ilin sentyabrında baş verib. Saytın rəhbərliyi dayandırılmadan dəyən ümumi zərəri əhəmiyyətsiz adlandırıb, lakin iddiaçıların kompensasiya tələblərinə fərdi qaydada baxılacağını vəd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et