Azər Türk Bank
İnformasiya Təhlükəsizliyi Mərkəzinin Kibertəhlükəsizlik və rəqəmsal dələduzluq üzrə monitorinq şöbəsində aparıcı/baş analitik
Vakansiya haqqında məlumat:
Təsvir
- Bankın fəaliyyətində istifadə olunan sistemlərinin fəaliyyətinə nəzarət etmək;
- Müasir təhlükələrə, boşluqlara və mühafizə texnologiyalarına bələd olmaq;
- Təhlükəsizlik pozuntularının araşdırılması;
- Hadisə aşkarlama qaydalarının hazırlanması və təkmilləşdirilməsi;
- Təsirə məruz qalan sistemlərdə proseslərin və sazlamaların təhlil edilməsi.
Tələblər
- Ali təhsil;
- İnformasiya təhlükəsizliyi sahəsində minimum 2 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili, orta səviyyədə rus və ingilis dili bilikləri;
- İnformasiya təhlükəsizliyi həllərin (e-mail/Web Security, PAM, SIEM, XDR, FIM, DLP və s.) işləmə prinsipləri üzrə biliklər;
- Windows və Linux əməliyyat sistemləri haqqında biliklər;
- Şəbəkə texnologiyalarının əsasları haqqında biliklər;
- VBİS (Oracle, MS SQL və s.) haqqında biliklər;
- Proqramlaşdırma haqqında baza bilikləri;
- Məsuliyyət, təşəbbüskarlıq, intensiv iş rejimdə işləmək və komandada işləmək bacarıqları;
- Analitik düşüncə qabiliyyəti.
Müraciət üçün daxil olun