“Ödənişlərdə ən etibarlı üsul bankın mobil tətbiqidir” – ABA-nın eksperti Tamerlan Rüstəmov | Banco.az

“Ödənişlərdə ən etibarlı üsul bankın mobil tətbiqidir” – ABA-nın eksperti Tamerlan Rüstəmov

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycan Banklar Assosiasiyasının nəzdindəki “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun sədri Tamerlan Rüstəmov “Fiziki və hüquqi şəxslərin pul köçürmə əməliyyatları” ilə bağlı  Banco.az-ın suallarını cavablandırıb.

Bu barədə olan müsahibəni təqdim edirik:

Azərbaycanda fiziki və hüquqi şəxslərin pul köçürmə əməliyyatları hansı qanunlarla tənzimlənir?

Hazırda pul köçürmə əməliyyatları ödəniş xidməti sayılır. Bu xidmət müvafiq qanunla təmzimlənir.Ödəniş xidməti olaraq, pul köçürmə əməliyyatları “Ödəniş xidmətləri və ödəniş sistemlər haqqında Qanun”a həmçinin bu xidmət “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın pul köçürmə bölməsi ilə də müvafiq olaraq idarə olunur.
Bundan əlavə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” pul köçürmə əməliyyatlarında (ölkə xarici) köçürüləcək valyuta məbləğlərini müəyyən edir və bu da valyuta rejimi ilə bağlı qaydalarına əsasən idarə olunur.

 Fırıldaqçılıq halı dedikdə, nə başa düşülür?

Bir əmlakı digər şəxslərdən qanunsuz olaraq əldə etməyin 2 üsulu vardır.

Üsullardan birincisi fiziki güc ilə (silahdan istifadə edərək) təhdid edərək əmlakı əldə etmək, ikincisi isə onları əmlakı ilə aldadaraq əldə etməkdir. Biz, birinci növ oğurluğu soyğunçuluq və ya silahlı soyğun, ikinci növü isə fırıldaqçılıq adlandırırıq. Ümumiyyətlə, oğurluq fırıldaqçılıqdan daha şiddətli və travmatikdir, həmçinin mediyanın diqqətini daha çox cəlb edir. Lakin fırıldaqçılıqla baş verən itkilər hər zaman oğurluqla baş verən itkiləri daha çox üstələyir. Fırıldaqçılıq dələduzun qanunsuz qazanc əldə etməsini təmin etmək və ya haqlı olduğunu sübuta yetirə bilməməsi üçün zərərçəkmişə hazırlanmış qəsdən aldadıcı və etik olmayan hərəkətdir. Fırıldaqçılıq, şəxslərin vacib məlumatlarını əldə etməklə və ona aid olmayan yanlış məlumatları üçüncü şəxslərə bəyan edərək əldə edə bilməyəcəyi bir malı və ya xidməti əldə etmək üçün həyata keçirilən saxtakarlıq növüdür.

Şəxslər bu barədə hansı vacib məqamları bilməlidirlər?

Ödənişlərdə ən etibarlı üsul etibar etdiyiniz bankın mobil tətbiqidir və ya fiziki olaraq banka yaxınlaşıb pul köçürməsi etməkdir. Qeyd edilən hər iki hallar etibarlığını saxlayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram