Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən Peşəkar Sığortaçı Sertifikasiyasının üzrə növbəti imtahan 21 Yanvar 2024-cü il tarixində, saat 14:00-da keçiriləcəkdir.
İmtahan 100 sualdan ibarətdir və keçid balı 70% təşkil edir.
Sığorta şirkətlərinin əməkdaşları,fərdi sığorta agentləri və mütəxəssisləri,karyerasını sığorta sahəsində qurmaq istəyən şəxslər,sığorta sahəsinə marağı olan tələbələr bu imtahanda iştirak edə bilər.
İmtahanda iştirak etmək istəyən şəxslər ARPA-nın rəsmi saytında qeydiyyatdan keçərək imtahan müraciəti edə bilərlər.
Qeyd edək ki, PSS sertifikasiya proqramı yerli sığorta şirkətlərinin tənzimləyici orqanları tərəfindən dəstəkləndiyi üçün sığorta şirkətlərinin əməkdaşlarının qiymətləndirilməsində istifadə oluna biləcək yeganə vasitədir.
Əlaqədar şəxs: Solmaz Cəfərli
Tel: (+994 12) 505 53 02; (+994 55) 202 93 43
Email: [email protected]