Rusiya iqtisadiyyatı ilin ilk 9 ayında 3 faizə yaxın artım göstərib | Banco.az

Rusiya iqtisadiyyatı ilin ilk 9 ayında 3 faizə yaxın artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya iqtisadiyyatı ilin ilk 9 ayı ərzində 2,9 faiz artıb.

Banco.az xəbər verir ki, Rusiya Federal Statistika Xidmətinin (Rosstat) açıqladığı ilkin hesablamalara görə, oktyabr ayında ölkədə işsizlik nisbəti 2,9 faizə enərək bu vaxta qədərki ən aşağı səviyyəyə düşüb.

Məlumatlar göstərir ki, Rusiyada pərakəndə ticarət həcmi ilin ilk 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq 38,2 trilyon rubla çatıb. 

Sözügedən dövrdə Rusiyada avtomobil istehsalı isə əvvəlki ilə nisbətən 8,1 faiz artaraq 417 min ədədə çatıb.

İlin üçüncü rübündə 5,5 faiz böyüyən Rusiya iqtisadiyyatı ilin ilk 9 ayında 2,9 faiz artım göstərib.

Xatırladaq ki, Rusiya İqtisadi İnkişaf Nazirliyi bu il ölkə iqtisadiyyatında artımın 2,8 faiz olacağını proqnozlaşdırıb və artıma töhfə verən əsas amillər kimi istehsal, tikinti, kənd təsərrüfatı və istehlakçı tələbatını göstərib. Rusiyanın maliyyə naziri Anton Siluanov isə bildirib ki, bu il ölkə iqtisadiyyatı 3 faizdən çox arta bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et