Rusiyanın ən böyük bankı 4,4 milyard dollar xalis mənfəət əldə edib | Banco.az

Rusiyanın ən böyük bankı 4,4 milyard dollar xalis mənfəət əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Sberbank” III rübdə 4,4 milyard dollar xalis mənfəət əldə edib.

Banco.az xəbər verir ki, Rusiyanın ən böyük bankı olan “Sberbank”ın ilin üçüncü rübündə 411,4 milyard rubl (təxminən 4,4 milyard dollar) rekord mənfəət əldə etdiyi bildirilib.

Yayımlanan yazılı bəyanatda bankın ilin 9 ayı ərzində isə 1,1 trilyon rubl xalis mənfəət əldə etdiyi qeyd olunub.

Üçüncü rübdə bankın xalis mənfəətinin 411,4 milyard rubla çatdığı vurğulanan bəyanatda bunun bankın tarixində əldə etdiyi ən yüksək rüblük xalis mənfəət olduğu bildirilib.

Xatırladaq ki, sanksiyaların təsirindən ötən il “Sberbank”ın xalis mənfəəti əvvəlki illə müqayisədə 75 faiz azalaraq 300 milyard rubla düşmüşdü.

Ekspertlər rublun xarici valyutalara nisbətdə ucuzlaşmasının Rusiya banklarının gəlirliliyinə müsbət təsir etdiyini iddia edilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram