Müəllif: Gülnar Əhmədli, Banco.az
AFB Bank 2026-cı ilin yanvar-iyun ayları üzrə maliyyə nəticələrini açıqlayıb.
Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat dövründə AFB Bank-ın xalis mənfəəti 237 min manat təşkil edib.
Bankın aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 113 milyon 912 min manat və ya 26,9% artaraq 2026-cı ilin 30 iyun tarixinə 536 milyon 916 min manat təşkil edib.
Bankın kredit portfeli 101 milyon 825 min manat və ya 34,8% artaraq 30 iyun tarixinə 394 milyon 369 min manata yüksəlib. Hesabat dövründə AFB Bank-ın depozit portfelinin həcmi isə 342 milyon 289 min manat təşkil edib. Bu da ilin əvvəli ilə müqayisədə 115 milyon 927 min manat və ya 51,2% çoxdur.


Bizi sosial şəbəkələrdən izləyin!!
