Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, toyuq əti, yoqurt, qatıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, ərik, ağ kələm, soğan, qazlı və qazsız suların qiymətləri bahalaşıb, təzə balıq, yumurta, banan, alça, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, süfrə çuğunduru, sarımsaq və kartofun qiymətləri ucuzlaşıb.
Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin iyun ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,8 faiz artıb. İyun ayında əvvəlki ayla müqayisədə boya, mebel, avtomobillər üçün mühərrik yağı və mobil telefonların qiymətləri bahalaşıb, məişət avadanlıqları və zərgərlik məmulatlarının qiymətləri ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
