Böhran vəziyyətində olan Çinin əmlak nəhəngi yenidənqurma planını açıqlayıb | Banco.az

Böhran vəziyyətində olan Çinin əmlak nəhəngi yenidənqurma planını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Borc böhranı yaşayan Çinin daşınmaz əmlak nəhəngi “Evergrande” yeni restrukturizasiya planını təqdim edib.

Banco.az xəbər verir ki, Çindəki daşınmaz əmlak şirkətlərinin maliyyə vəziyyəti bazarlar tərəfindən diqqətlə izlənilərkən restrukturizasiya istiqamətində səylər də davam etdirilir.

“Reuters” nəşrinin məlumatına görə, “China Evergrande Group” ofşor istiqraz sahibləri üçün yeni restrukturizasiya planı təklif edib.

Belə ki, sözügedən plan mövcud borc ilə şirkətin Honkonqdakı birja əməliyyatlarına açıq olan iki törəmə şirkətinin hər birində təxminən 30 faizlik səhmlərinin dəyişdirilməsini nəzərdə tutur.

Xatırladaq ki, dünyanın ən çox borcu olan daşınmaz əmlak şirkəti ötən ay offşor borclarının restrukturizasiya planını yenidən qiymətləndirəcəyini elan edərkən kreditorların reaksiyasına səbəb olmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et