Azərbaycanın qızıl ixracından gəlirləri 21%-dək azalıb | Banco.az

Azərbaycanın qızıl ixracından gəlirləri 21%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan 101.8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, illik müqayisədə 26.5 milyon dollar və ya 20.6% azdır.

Banco.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın oktyabr sayına istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 128.3 mln. dollara bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram