Biznesin inkişafı şöbəsinə mütəxəssis\aparıcı mütəxəssis
“Rabitəbank” ASC Biznes Bankçılıq departamentinin , Biznesin İnkişafı şöbəsinə mütəxəssis\aparıcı mütəxəssis vəzifəsi üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Rəqəmsal kanallar ilə biznes məhsulların çarpaz satışının və xidmətinin görülməsində bir başa iştirak etmək, satışının artırılması məqsədi ilə müştərilərlə birbaşa çalışmaq;
- Bankın məhsul və xidmətlərinin satışının hazırki səviyyəsinin və dinamikasının mütəmadi təqib edilməsi, buna təsir edən amillərin, mövcüd olan problemlərin təhlili və həlli üçün təkliflərin irəli sürülməsi;
- Rəqəmsal kanal üzərindən daxil olan əmək haqqı layihələri üzrə sifarişlərin icrası;
- Rəqəmsal kanal üzərindən daxil olan biznes hesab və biznes kartların açılmanın icrası;
- Rəqəmsal kanal üzərindən daxil olan Qarantiyaların qebul edilib ötürülməsi və icrasını bitirmək;
- Qeyri kredit məhsullarının çarpaz satış hesabatlarının hazırlanması, portfelə nəzarət edərək, satışların artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Rəqəmsal kanal üzərindən daxil olan digər biznes məhsulların icrası tamamlamaq,
- Müştəri sorğularının icrasına dəstək;
Namizədə olan tələblər:
- Ali təhsil;
- Bank sektorunda 12 ay iş təcrübəsi;
- Satış texnikasına dair bilik və təcrübəyə malik olmaq;
- Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
- Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyətinə malik olmaq;
- Yüksək kommunikasıya qabiliyyətinə malik olmaq;
- Azərbaycan dilini mükəmməl bilmək(Rus və ya ingilis dili bilən şəxslərə üstünlük verilir);
- MS Office proqramları ilə yaxşı səviyyədə işləmək bacarığına malik olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23.09.2023-cü il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznesin inkişafı şöbəsinə mütəxəssis\aparıcı mütəxəssis” yazmağınız xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33