Xalq Bank
"Baş" filialının Əməliyyat fəaliyyətinə dəstək şöbəsinin kart çatdırılması üzrə nümayəndəsi
Vakansiya haqqında məlumat:
Təsvir
- Müştərilərlə telefonla əlaqə qurulması, çatdırılma ünvanı və vaxtının dəqiqləşdirilməsi;
- Kart çatdırılması üzrə daxil olmuş sifarişlərin təhlil olunaraq kartların ərazilər üzrə qruplaşdırılması;
- Gündəlik çatdırılma ilə bağlı müvafiq sənədlər toplusunun hazırlanması və Bankın əməliyyat sistemində müvafiq işlərin görülməsi;
- Müştəri üzrə eyniləşdirmə tədbirlərinin həyata keçirilməsi;
- Kart və sənədlərin müştərilərə çatdırılması;
- Müştəriyə çatdırılan kartın xüsusiyyətləri və Bankın mobil əlavəsi haqqında məlumatların təqdim olunması.
Tələblər
- Ali bakalavr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bu sahə üzrə iş təcrübəsinin olması arzuolunandır;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompyuter bilikləri;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli.
Müraciət üçün daxil olun