“PAŞA Bank” ekoloji layihələrdə aktiv tərəfdaşlığına görə mükafatlandırılıb | Banco.az

“PAŞA Bank” ekoloji layihələrdə aktiv tərəfdaşlığına görə mükafatlandırılıb

Məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” ekoloji layihələrdə aktiv iştirakına və bu istiqamətdə verdiyi töhfəyə görə mükafata layiq görülüb.

Mükafatlandırma mərasimi “Coca-Cola” şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EcoHub” qeyri-kommersiya platformasının birgə əməkdaşlığı ilə təşkil olunan "Tullantısız Azərbaycan" tədbirində baş tutub. Tədbir zamanı Azərbaycanda həyata keçirilən ekoloji layihələr barədə məlumat verilib və bu layihələrin icrasında fəallığı ilə seçilən tərəfdaşların fəaliyyəti vurğulanıb.

“PAŞA Bank” ekoloji layihələrdə aktiv tərəfdaşlığına görə mükafatlandırılıb

“PAŞA Bank” təbiətin mühafizəsi və ətraf mühitin qorunmasına yönələn təşəbbüslərin aktiv iştirakçısı olaraq mükafatlandırılan qurumlardan biri olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Bank ənənəvi olaraq keçirilən “Xəzəri qoruyaq” ekoloji aksiyasının, ağacəkmə layihələrinin və bir sıra digər təşəbbüslərin aktiv iştirakçılarındandır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et