Dollar/TL məzənnəsində növbəti rekord qeydə alınıb | Banco.az

Dollar/TL məzənnəsində növbəti rekord qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk lirəsi dollar qarşısında üçüncü gündür ki, ucuzlaşmaqdadır və Dollar/TL məzənnəsində yeni rekord qeydə alınıb.

Banco.az xəbər verir ki, USD/TRY məzənnəsi 2 faiz yüksələrək 26,92 səviyyəsini keçib.

Avro/TL məzənnəsi isə 30,36 səviyyəsini üstələyib.

Qeyd edək ki, Türkiyənin etalon istiqraz faizi 15,56 faiz, risk mükafatı isə 444 bənd səviyyəsindədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram