Yeni Zelandiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Yeni Zelandiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yeni Zelandiya Mərkəzi Bankı faiz artım tempini dayandırıb.

Banco.az xəbər verir ki, Yeni Zelandiya Ehtiyat Bankı (RBNZ) 2021-ci ilin oktyabr ayından etibarən həyata keçirdiyi faiz artımlarına fasilə verərək uçot dərəcəsini 5,5 faiz səviyyəsində saxlayıb. 

Bazarların proqnozu da faiz dərəcələrində dəyişiklik olmayacağı istiqamətində idi.

Xatırladaq ki, mərkəzi bank 2021-ci ilin oktyabr ayından bəri ardıcıl 12 iclasda uçot dərəcəsini ümumilikdə 525 baza bəndi artırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram