Kofe qiymətləri ötən 5 ayın ən aşağı həddinə çatıb | Banco.az

Kofe qiymətləri ötən 5 ayın ən aşağı həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qəhvənin qiyməti 5 ayın minimumuna enib.

Banco.az xəbər verir ki, qəhvə fyuçerslərinin qiyməti Braziliyada məhsuldar məhsul yığımından sonra Nyu-York birjasında yanvar ayından bəri qeydə alınan ən aşağı səviyyəyə düşüb.

Braziliya məhsullarının dünya miqyasında tədarüklə uyğunlaşması səbəbindən qəhvə qiymətləri yanvar ayından bəri ən aşağı səviyyəyə düşüb. Belə ki, Arabica-qəhvə fyuçersləri cümə axşamı günü 1,8 faiz ucuzlaşıb.

Qiymətlər sonuncu dəfə ən kəskin enişi 11 yanvar 2023-cü ildə reallaşdırmışdı.

Bununla yanaşı, kakao fyuçersləri stabilliyini saxlasa da, xam şəkər fyuçerslərinin qiyməti də ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram