Türkiyədə iyun ayı inflyasiya göstəriciləri açıqlanıb | Banco.az

Türkiyədə iyun ayı inflyasiya göstəriciləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə ötən ayın inflyasiyası proqnozlardan aşağı olub.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) iyun ayı üzrə istehlakçı və istehsalçı inflyasiya məlumatlarını açıqlayıb.

Buna görə, iyun ayında istehlak qiymətləri indeksi aylıq 3,92 faiz təşkil edib. Ancaq ekspertlər aylıq inflyasiyanın 4,30 faiz olacağını gözləyirdilər.

İllik əsasda isə istehlak qiymətləri indeksi 38,21 faiz təşkil edib. Proqnozlar 38,85 faizi göstərirdi. May ayında bu göstərici 39,59 faiz təşkil edirdi.

Qeyd edək ki, iyun ayı məlumatları ilə illik inflyasiya ardıcıl 8 aydır ki, azalma göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et