"Bu gün Mərkəzi Bankda Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patronenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük".
Bu barədə dünən Mərkəzi Bankın sədri Taleh Kazımov şəxsi “Twitter“ səhifəsində məlumat yayımlayıb.
Onun sözlərinə görə, görüş zamanı AYİB-in Qafqaz üzrə yeni regional direktoru təyin olunmuş Alkis Vrienios Drakinos və Azərbaycan üzrə Ofisinin rəhbəri Nataly Muravidze təqdim edilib.
Görüşdə həmçinin AYİB-in Azərbaycandakı fəaliyyəti, o cümlədən bank sektorunda iştirakı, 2023-2027-ci illər üçün Azərbaycanın maliyyə sektoru üzrə strategiyasının həyata keçirilməsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda Mərkəzi Bank ilə AYİB arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!