"Günay Bank"ın əmanətçilərinə ödəniləcək kompensasiyanın həcmi məlum olub | Banco.az

"Günay Bank"ın əmanətçilərinə ödəniləcək kompensasiyanın həcmi məlum olub

Ləğv prosesində olan "Günay Bank" ASC-nin əmanətçilərinə ümumilikdə 35 milyon 120 min manat kompensasiya ödəniləcək.

Bunu jurnalistlərə açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Tural Piriyev deyib.

"Günay Bank"ın lisenziyası ləğv olunan zaman depozit portfeli 82 milyon 507 min manat təşkil edirdi. Bu 19 min 77 əmanətçini əhatə edirdi və bunlardan 19 min 42 nəfəri sığortalanan əmanətçilər idi. Qorunan əmanətlər isə 72 milyon 315 min manat təşkil edir"- İcraçı direktor əlavə edib.

Tural Piriyev qeyd edib ki, bütün sığortalanmış əmanətlər qaytarıldıqdan sonra sığortalanmamış əmanətlər üzrə qanunvericiliyə uyğun addımlar atılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et