Müəllif: Tamara Mustafayeva, Banco.az
“Hyundai” şirkəti elektromobillərə qoyulacaq investisiya hədəfini artırıb.
Banco.az xəbər verir ki, Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai” elektrikləşdirmə istiqamətindəki investisiya hədəfini növbəti 10 il ərzində təxminən 28 milyard dollara (35,8 trilyon Cənubi Koreya vonuna) çatdırdığını açıqlayıb.
Aparıcı avtomobil brendi açıqlamasında şirkətin orta və uzunmüddətli biznes və maliyyə planlarını bölüşüb.
Şirkətdən bildirilənə görə, “Hyundai”ın 2030-cu ilə qədər illik elektromobil satış hədəfi 2 milyon ədədə çatdırılacaq.
Açıqlamada qeyd olunub ki, şirkət gələcək 10 il ərzində təxminən 85 milyard dollar (109,4 trilyon Cənubi Koreya vonu) sərmayə qoyuluşu ilə ağıllı mobillik həlli təminatçısı olmaq yolunda irəliləyişini sürətləndirəcək və bu çərçivədə təxminən 28 milyard dollar elektrikləşdirməyə, 7 milyard dollar isə (9,4 trilyon Cənubi Koreya vonu) akkumulyatorların təkmilləşdirilməsi fəaliyyətlərinə ayrılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!