Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsi 44% artıb | Banco.az

Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsi 44% artıb

2023-cü ilin yanvar-may aylarında Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsi 700 milyon 704,68 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 44% çoxdur.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir ki, hesabat dövründə Azərbaycandan Yunanıstana ixracın həcmi 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə 45% artaraq 693 milyon 700 min dollara bərabər olub.

Qeyd edək ki, cari ilin ilk 5 ayında Yunanıstandan Azərbaycana idxalın həcmi cəmi 7 milyon dollar təşkil edib.

Xatırladaq ki, Yunanıstan Azərbaycandan əsasən neft-qaz məhsulları idxal edib.

Apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et