Bu ölkədə polis robotlar fəaliyyətə başlayıb | Banco.az

Bu ölkədə polis robotlar fəaliyyətə başlayıb

Müəllif - Aida İsaq, Banco.az

Sinqapurda polis robotlardan istifadə olunacaq.

Banco.az xəbər verir ki, hündürlüyü 1,7 metr olan robotlar beş ildən çox sınaqdan keçirildikdən sonra istismara verilir. Layihənin müəlliflərinin sözlərinə görə, robotlar polis hadisə yerinə gələnə qədər bir müddət vəziyyəti idarə etməyə kömək edəcək.

Robotlar kameralar, sensorlar, dinamiklər, dönmə siqnalları ilə təchiz olunub. Eyni zamanda avtonom patrul xidməti göstərmək xüsusiyyətinə sahibdir. Polis əməkdaşına mikrofon vasitəsilə vətəndaşlarla birbaşa əlaqə saxlamağa imkan verir.

Qeyd edək ki, Sinqapur polisi “Changi hava limanı”nın 4-cü terminalında iki robotun yerləşdirildiyini bildirib. Robotlar patrulçularla birlikdə obyektin ərazisindəki vəziyyətə nəzarət edir. Onlar həmçinin 360 dərəcə kamera üçün 2,3 metr hündürlüyə qalxan geri çəkilə bilən dirəklərlə təchiz olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et