Azərbaycanın qeyri neft-qaz sektorunda sənaye istehsalı 7 faizdən çox artıb | Banco.az

Azərbaycanın qeyri neft-qaz sektorunda sənaye istehsalı 7 faizdən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 29,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9% azdır.

Neft-qaz sektorunda məhsul istehsalı 2,8 % azalıb, qeyri neft-qaz sektorunda isə 7,4% artıb.

Sənaye məhsulunun 70,4%-i mədənçıxarma sektorunda, 24,4 %-i emal sektorunda, 4,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,4% azalıb, əmtəəlik qaz hasilatı isə 2,9% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et