Səudiyyə Ərəbistanı ilə Qazaxıstan arasında enerji müqaviləsi imzalanıb | Banco.az

Səudiyyə Ərəbistanı ilə Qazaxıstan arasında enerji müqaviləsi imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanı ilə Qazaxıstan arasında enerji sahəsində anlaşma memorandumu imzalanıb.

Banco.az xəbər verir ki, Energetika naziri Əbdüləziz bin Salman paytaxt Ər-Riyadda qazaxıstanlı həmkarı Almasadam Satkaliyev ilə görüş keçirib.

Görüş zamanı iki ölkə arasında enerji sahəsində birgə əməkdaşlıq imkanları müzakirə edilib, o cümlədən Bin Salman və Satkaliyev dünya enerji bazarında baş verənlərin də bəhs ediblər.

Bununla yanaşı, görüş çərçivəsində Bin Salman və Satkaliyev enerji sahəsində anlaşma memorandumu da imzalanıb. Qeyd olunub ki, anlaşma memorandumu neft və onun törəmələri, təbii qaz və törəmələri, neft emalı, neft-kimya, elektrik enerjisi, bərpa olunan enerji, təmiz hidrogen, enerji anbarı və bir sıra digər sahələrdə əməkdaşlığın stimullaşdırılmasını əhatə edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et