Valyuta mübadiləsinə lisenziya alan şəxslərin əhatə dairəsi dəqiqləşdiriləcək | Banco.az

Valyuta mübadiləsinə lisenziya alan şəxslərin əhatə dairəsi dəqiqləşdiriləcək

Azərbaycanda valyuta mübadiləsi fəaliyyətinin ayrıca fəaliyyət kimi həyata keçirilməsinin müəyyən edilməsi, lisenziya alan şəxslərin əhatə dairəsinin dəqiqləşdirilməsi təklif olunur.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında - maliyyə sektoru ilə bağlı qanun layihərinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Bundan başqa, onun sözlərinə görə, nizamnamə kapitalının minimum miqdarının və girov vəsaitinin miqdarının Azərbaycan Mərkəzi Bankının müəyyən etməsi də təkliflər sırasındadır.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et