“Instagram” 30 fərqli şəxsiyyətlə işləyə bilən süni intellekt çatbotunu təqdim edə bilər | Banco.az

“Instagram” 30 fərqli şəxsiyyətlə işləyə bilən süni intellekt çatbotunu təqdim edə bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Instagram” bir çox şəxsiyyəti ehtiva edən süni intellekt çatbotunu təqdim edə bilər.

Banco.az xəbər verir ki, sosial media platforması “Instagram” tezliklə istifadəçilərin suallarını cavablandıra və müxtəlif şəxsiyyətlərə bürünərək ünsiyyət qura bilən süni intellekt çatbotunu təqdim edə bilər.

Belə ki, “Instagram” 30 fərqli şəxsiyyətlə işləyə bilən süni intellekt çatbotunu təqdim edə biləcəyini iddia edir. Bununla da, istifadəçilər ünsiyyət qurmaq üçün 30 fərqli şəxsiyyət tipindən istədiklərini seçə biləcəklər.

“Instagram”ın özünəməxsus bu çatbotunun necə olacağı hələ bilinmir. Ancaq fevral ayında şirkətin rəhbəri Mark Zukerberq tərəfindən bir komandanın “Meta”nın bütün tətbiqləri üçün "AI şəxsiyyətləri" üzərində işlədiyini elan etməsini nəzərə alsaq, qarşıdan gələn yeniliyin elanı təəccüblü olmamalıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram