Almaniyanın əmək bazarı kadr çatışmazlığı ilə üz-üzədir | Banco.az

Almaniyanın əmək bazarı kadr çatışmazlığı ilə üz-üzədir

Müəllif - Aida İsaq, Banco.az

Son dövrlər Almaniyanın bir sıra sənaye müəssisələri kadr azlığı ilə üzləşib. Yaxın bir neçə ildə Avropa İttifaqının (Aİ) ən böyük iqtisadiyyatının əmək bazarında işçi qüvvəsi çatışmazlığı artacaq. Bu isə ölkədə iqtisadi artım ehtimalını təhlükə altına salacaq.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Hazırda Almaniyada ümumi işçi qüvvəsinin 47 milyon nəfər olduğu ehtimal olunur. Qeyd olunur ki, növbəti onillikdə təqaüdə çıxan almanları əhəmiyyətli miqrant axını əvəz etməsə, işçi qüvvəsi təklifi 3 milyon nəfər və ya 7% azalacaq. Bu isə ümumilikdə ölkə iqtisadiyyatına ciddi təsirlər göstərə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram