Müəllif - Aida İsaq, Banco.az
İlon Maskın "Neuralink" şirkətinin dəyəri 5 milyard dolları ötüb.
Banco.az xəbər verir ki, bu, onun insan beyninə çip implantasiyası üçün kliniki təcrübə keçirmək icazəsi aldıqdan sonra baş verib. Məlumata görə, şirkətin səhmlərinə tələbat böyükdür. Analitiklərin fikrincə, müvafiq layihənin kommersiya məqsədli istifadəsiylə bağlı icazə almaq üçün ən azı 10 il vaxt lazımdır.
"Neuralink" insanlara düşüncə gücü ilə qadcetlərlə əlaqə qurmağa kömək edəcək çiplər yaradır. 2021-ci ildə mütəxəssislər düşüncə gücü ilə meymunun kursoru ekranda hərəkət etdirməsinə nail olublar.
Qeyd edək ki, bu ilin 25 mayında “Neuralink” ABŞ Səhiyyə Departamentindən insanlar üzərində klinik sınaqlar keçirmək üçün icazə aldığını açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!