Şahin Mustafayev: “Azərbaycan və Rusiyanın regionları arasında əlaqələr inkişaf etdiriləcək” | Banco.az

Şahin Mustafayev: “Azərbaycan və Rusiyanın regionları arasında əlaqələr inkişaf etdiriləcək”

Azərbaycan və Rusiya arasında qarşıya qoyulan əsas vəzifələrdən biri iki ölkənin regionları arasında əlaqələrin inkişafıdır.

Bunu Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın Kazan şəhərində keçirilən “Rusiya – İslam dünyası: Kazan Forumu” adlı 14-cü beynəlxalq iqtisadi forumda çıxışı zamanı deyib.

Ş.Mustafayev, forum çərçivəsində “İqtisadi etibarlılıq. Rusiya və İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında əməkdaşlıq” sərlövhəsi altında keçirilən plenar iclasda çıxış edib. Baş nazirin müavini, İslam dünyası ilə əlaqələrin Azərbaycanın xarici siyasətində xüsusi yer tutduğunu, ölkəmizin müstəqilliyin bərpasından sonra İslam Əməkdaşlıq Təşkilatına üzv olan ilk postsovet ölkəsi olduğunu qeyd edib.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et