"Defolt qlobal iqtisadiyyat üçün riskli nəticələr vəd edir" | Banco.az

"Defolt qlobal iqtisadiyyat üçün riskli nəticələr vəd edir"

Müəllif - Aida İsaq, Banco.az

ABŞ-ın federal borcunun mümkün defoltu qlobal iqtisadiyyat üçün riskli nəticələr vəd edir.

Banco.az xəbər verir ki, bu fikri Beynəlxalq Valyuta Fondunun sözçüsü Julie Kozak brifinq zamanı səsləndirib. Onun sözlərinə görə, yaranan vəziyyət təkcə ABŞ üçün deyil bütün dünya üzrə ciddi narahatlıq doğurur.

Qeyd edək ki, daha öncə, ABŞ prezidenti Co Bayden ABŞ-ın dövlət borcunun yuxarı həddinin artırılması üzrə danışıqların nəticəsiz qalacağı təqdirdə defoltun ölkə iqtisadiyyatı üçün mənfi təsirlərinin olacağını açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et