“Microsoft” nüvə sintezi şirkətindən elektrik enerjisi alacaq | Banco.az

“Microsoft” nüvə sintezi şirkətindən elektrik enerjisi alacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft” firması “Helion” nüvə sintezi şirkətindən elektrik enerjisi alacaq.

Banco.az xəbər verir ki, ABŞ-ın nüvə sintezi üzrə tədqiqat şirkəti “Helion”un təsisçisi və icraçı direktoru Devid Kirtli dərc etdiyi yazılı bəyanatda şirkətin texnologiya nəhəngi “Microsoft “ ilə sintez enerjisi üzrə alqı-satqı müqaviləsi bağladığı bildirilib.

Bəyanatda “Microsoft” şirkətinin “Helion”un 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılan ilk sintez elektrik stansiyasından elektrik enerjisi satın alacağı qeyd olunub.

Bu sahədə bir ilkə imza atılması ilə xarakterizə edilən sözügedən əməkdaşlığın “Helion” və sintez sənayesi üçün mühüm mərhələ olduğu vurğulanıb və “Microsoft”un şirkətin ilk müştərisi olmasından böyük qürur duyulduğu əks olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bəyanatda həmçinin xatırladılıb ki, bu tərəfdaşlıq “Microsoft” firmasının 2030-cu ilə qədər karbon neytral olmaq hədəfini də dəstəkləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et