S&P ABŞ iqtisadiyyatı üçün artım proqnozlarını aşağı salıb | Banco.az

S&P ABŞ iqtisadiyyatı üçün artım proqnozlarını aşağı salıb

Müəllif - Aida İsaq, Banco.az

“S&P Global” ABŞ iqtisadiyyatının 2023 və 2024-cü illər üçün artım proqnozlarını aşağı salıb.

Banco.az xəbər verir ki, təşkilatın ABŞ iqtisadiyyat bölməsinin həmsədri Joel Prakken verdiyi açıqlamada ABŞ üçün 2023-cü il ÜDM-in artım proqnozunun 1,4 faizdən 1,2 faizə endirildiyi bildirilib.

Bununla yanaşı, 2024-cü il üçün ÜDM artımı proqnozu 1,5 faizdən 0,9 faizə endirilib.

Şirkət hesabatında ötən ayla müqayisədə kredit şərtlərinin sərtləşdirilməsinin ÜDM-ə zərbə vura biləcəyini və kommersiya daşınmaz əmlak kreditlərinin keyfiyyətinin potensial pisləşməsinin qeyri-yaşayış strukturlarına investisiyaların azalmasına səbəb olacağını da vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et